BİZNES

24 phrase_var_core.november

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 593 kiloqram qızıl istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 425,6 kiloqram və ya 19,6% çoxdur.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 2 167 kiloqram qızıl istehsal olunub.

Noyabrın 1-i vəziyyətinə ölkədə hazır qızıl ehtiyatı 69,7 kiloqram təşkil edib.

Eyni dövrdə 3 218 kiloqram gümüş istehsal olunub ki, bu da illik müqayisədə 514,9 kiloqram və ya 19% artım deməkdir. Hazır gümüş ehtiyatının miqdarı noyabrın 1-i vəziyyətinə 699,1 kiloqram olub.

Fuad Mədətov
Finss.az