BİZNES

24 phrase_var_core.november

Azərbaycanda bu il 23,043 milyon ton xam neft hasil edilib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23,043 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ton və ya 4,6% azalma deməkdir.

Hasil olunan xam neftin 22,988 milyon tonunu əmtəəlik xam neft təşkil edib ki, bu da illik müqayisədə eyni 4,6% azalma göstərir.

Eyni dövrdə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat təşkil edib və bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,1% azalıb.

Fuad Mədətov
Finss.az