2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 42,128 milyard kubmetr təbii qaz hasil edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 503 milyon kubmetr və ya 1,2% çoxluq deməkdir.
Hasil olunan qazın 32,264 milyard kubmetrini əmtəəlik qaz təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 536,9 milyon kubmetr və ya 1,7% artım göstərir.
Eyni dövrdə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat təşkil edib. Lakin bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,1% azalıb.
Fuad Mədətov
Finss.az
