BİZNES

21 Noyabr

Azərbaycanda metallurgiya sektorunda istehsal göstəricisi 1,052 milyard manat təşkil edib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1,052 milyard manatlıq məhsul istehsal olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2% azalıb, xüsusilə hazır metal məmulatlarının istehsalı 10%, metallurgiya sənayesi məhsullarının istehsalı isə 12,9% azalıb.

Metallurgiya sənayesi üzrə armatur istehsalı 20%, polad tökmə istehsalı 23,7%, mis məftil istehsalı isə 92,7% azalıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə metaldan sair məmulatların istehsalı 30,9% azalıb.

Fuad Mədətov
Finss.az