BİZNES

21 Noyabr

Azərbaycanda toxuculuq və geyim istehsalı artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatlar, həmçinin ayaqqabı istehsalı sahələrində 449,2 milyon manatlıq məhsul istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, toxuculuq sənayesində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,1% artım, geyim istehsalı 9,2% artıb, lakin dəri və dəridən məmulatların, ayaqqabı istehsalı 18,6% azalıb.

Ətraflı bölüşdürmədə dəri və dəridən məmulatların istehsalı sahəsində aşılanmadan başqa digər emala məruz qalmayan dəri 40,6%, dəridən sair hissə və məmulatların istehsalı isə 75,8% azalıb.

Fuad Mədətov
Finss.az