BİZNES

21 Noyabr

Azərbaycanda tikinti materialları istehsalının dəyəri 1,181 milyard manat olub

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materialları istehsalının ümumi dəyəri 1,181 milyard manat təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% azalıb.

Ətraflı baxışda:

  • Sement istehsalı 0,2% azalıb
  • Sementdən və betondan kərpiclər və oxşar məmulatların istehsalı 6,2% azalıb
  • Beton istehsalı 8,5% azalıb
  • Əhəng istehsalı 27,3% azalıb

Fuad Mədətov
Finss.az