BİZNES

21 Noyabr

Azərbaycan kimya və əczaçılıq sektoru məhsul istehsalını artırıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları və rezin-plastik kütlə məmulatları sahəsində 1,921 milyard manatlıq məhsul istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb.

Ətraflı bölüşdürmədə:

  • Əczaçılıq məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb
  • Rezin və plastik kütlə məmulatlarının istehsalı 12,6%
  • Kimya sənayesi məhsullarının istehsalı 8,4% artıb

Kimya sənayesi məhsulları üzrə:

  • Polietilen istehsalı 4%
  • Etilen istehsalı 3,2%
  • Karbamid istehsalı 0,4% artıb

Rezin və plastik kütlə məmulatları üzrə:

  • Polietilendən başqa digər plastmas kisə və çantaların istehsalı 86,8%
  • Plastmas çubuqlar, millər və profillərin istehsalı 28,5%
  • Plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 20,5% artıb

Fuad Mədətov
Finss.az