BİZNES

21 Noyabr

Bu ilin ilk 9 ayında regionlarda yeni iş yerlərinin pay bölgüsü açıqlanıb - SİYAHI

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 77,7 min yeni iş yeri açılıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, yaradılmış iş yerlərinin 91,4%-i qeyri-dövlət sektorunda olub.

Regionlara görə bölüşdürmə belədir: 75,9% Bakı şəhərində, 0,8% Naxçıvan Muxtar Respublikasında, 23,3% digər regionlarda.

Digər regionların payı iqtisadi rayonlara görə belədir:

  • Abşeron-Xızı 7,2%
  • Quba-Xaçmaz 2,7%
  • Şəki-Zaqatala 2,7%
  • Qarabağ 2,4%
  • Gəncə-Daşkəsən 1,9%
  • Şirvan-Salyan 1,5%
  • Lənkəran-Astara 1,2%
  • Şərqi Zəngəzur 0,9%
  • Mərkəzi Aran 0,9%
  • Qazax-Tovuz 0,8%
  • Mil-Muğan 0,6%
  • Dağlıq Şirvan 0,5%

Yaradılmış iş yerlərinin bölgüsü belə olub: 9,1%-i yeni müəssisə və təşkilatlarda, 89,8%-i mövcud müəssisələrdə, 0,4%-i fəaliyyətini bərpa etmiş müəssisələrdə, 0,7%-i isə digər tədbirlər çərçivəsində açılıb.

Fuad Mədətov
Finss.az