2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% azalıb.
Sahənin əsas məhsulları əmtəəlik neft və təbii qazdır. Bu dövrdə 23 milyon ton neft və 32,3 milyard kubmetr təbii qaz hasil olunub.
Əmtəəlik neft hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6% azalıb, təbii qaz hasilatı isə 1,7% artıb.
Fuad Mədətov
Finss.az
