2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 4,563 milyard manat təşkil edib.
Finss.az xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.
Dövr ərzində neft məhsulları üzrə istehsal dinamikası belə olub: mazut istehsalı 2,1 dəfə, neft koksu 10,1 faiz, dizel yanacağı (qazoyl) 7,2 faiz, ağ neft 4,9 faiz artıb. Eyni zamanda, neft bitumu istehsalı 9,8 faiz, sürtkü yağları istehsalı isə 45,6 faiz azalıb.
Fuad Mədətov
Finss.az
