BİZNES

20 Noyabr

Azərbaycanda emal sənayesinin istehsalı artıb

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycanın emal sənayesində 17,265 milyard manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyard manat və ya 6,9% çoxdur.

Hesabat dövründə tütün məmulatlarının istehsalında 11,2%, qida məhsullarının istehsalında isə 9,5% artım qeydə alınıb. Eyni zamanda içki istehsalında 1,8% azalma müşahidə olunub.

Emal sənayesinin əsas məhsulları üzrə dəyişikliklər də diqqət çəkib: makaron məmulatlarının istehsalı 2,7 dəfə, şəkər və qənd istehsalı 21,7% artıb. Meyvə-tərəvəz konservlərinin istehsalında 2%, araq istehsalında isə 9% azalma baş verib.

Fuad Mədətov
Finss.az