BİZNES

20 Noyabr

Azərbaycanda əhalinin gəlirlərində və əməkhaqqında artım qeydə alınıb

2025-ci ilin yanvar–oktyabr aylarında əhalinin əldə etdiyi gəlirlər 73,7 milyard manat təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 8,1% artıb.

Hesabat dövründə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı da yüksəlib. Belə ki, 2025-ci ilin yanvar–sentyabr aylarında orta aylıq əməkhaqqı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,5% artaraq 1 088 manat səviyyəsinə çatıb.

Fuad Mədətov
Finss.az