2025-ci ilin yanvar–oktyabr aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% azalaraq 184,5 milyon nəfərə düşüb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hava nəqliyyatı ilə isə 3,476 milyon sərnişin daşınıb və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% çoxdur. Daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus hava nəqliyyatı vasitələri ilə həyata keçirilib.
Hava nəqliyyatı üzrə yükdaşımada isə azalma qeydə alınıb. Bu nəqliyyat növü ilə daşınmış yüklərin həcmi 5,6% azalaraq 322 min ton təşkil edib.
Fuad Mədətov
Finss.az
