BİZNES

20 Noyabr

Azərbaycanda dəmir yolu və dəniz nəqliyyatında fərqli tendensiyalar müşahidə olunub

2025-ci ilin yanvar-oktyabr aylarında dəmiryolu nəqliyyatı ilə 14,0 milyon ton yük8 265,6 min sərnişin daşınıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,7% azalma, sərnişin daşınmasında isə 19,1% artım müşahidə olunub.

Eyni dövrdə dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 7 724,7 min ton olub ki, bu da əvvəlki ilə nisbətən 7,8% artım deməkdir. Daşınan yüklərin 48,1%-i neft olub. Dəniz limanlarında 10 842,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, yüklərin 8 579,3 min tonunu (79,1%) tranzit yüklər təşkil edib.

2025-ci il noyabrın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 420,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,0% azalaraq 21,3 min nəfər təşkil edib.

Fuad Mədətov
Finss.az