BİZNES

20 Noyabr

Azərbaycanda yük və sərnişin daşınması artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 198,3 milyon ton yük1,785 milyard sərnişin daşınıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 2,3%, sərnişin daşınması isə 5,3% artıb.

Yüklərin 61,5%-i avtomobil, 27,4%-i boru kəməri, 7%-i dəmir yolu, 3,9%-i dəniz, 0,2%-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin isə 89%-i avtomobil, 10,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat vasitələri ilə daşınıb.

Fuad Mədətov
Finss.az