2025-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 381,5 min nəfər təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, onlardan 5 102,6 min nəfər məşğul əhalidir. Cari ilin oktyabrın 1-i vəziyyətinə isə muzdla çalışan işçilərin sayı 1 781,4 min nəfər, o cümlədən dövlət sektorunda 863,2 min, qeyri-dövlət sektorunda 918,2 min nəfər olub.
Sektorlar üzrə əmək bölgüsü belədir:
- Neft-qaz sektoru: 31,3 min nəfər
- Qeyri-neft-qaz sektoru: 1 750,1 min nəfər
Muzdla çalışanların payı üzrə əsas sahələr:
- Məhsul istehsalı: 23,0% (emal sənayesi 7,8%, tikinti 6,7%, su təchizatı və tullantıların emalı 2,7%, kənd təsərrüfatı 2,4%, mədənçıxarma sənayesi 1,8%, enerji istehsalı və paylanması 1,6%)
- Xidmət sektoru: ticarət və nəqliyyat vasitələrinin təmiri 18,8%, təhsil 18,1%, səhiyyə və sosial xidmətlər 8,5%, dövlət idarəetməsi və müdafiə; sosial təminat 6,3%, nəqliyyat və anbar təsərrüfatı 4,5%, peşə, elmi və texniki fəaliyyət 4,0%, inzibati və yardımçı xidmətlər 3,8%, turizm və ictimai iaşə 3,7%, istirahət, əyləncə və incəsənət 2,9%, maliyyə və sığorta fəaliyyəti 2,3%, informasiya və rabitə 1,9%, daşınmaz əmlak əməliyyatları 1,1%, digər xidmət sahələri 1,1%
Fuad Mədətov
Finss.az
