2025-ci ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 52,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz azdır.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabata görə, neft-qaz sektorunda məhsul istehsalı 2,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə artım müşahidə olunmayıb.
Sənaye məhsulunun 60,8 faizi mədənçıxarma, 32,8 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Fuad Mədətov
Finss.az
