BİZNES

20 Noyabr

Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 14,830 milyard manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyalar 8,8 faiz azalıb, qeyri neft-qaz sektoruna isə 6 faiz artıb.

İstifadə olunmuş investisiyanın 50,6 faizi (7,500 milyard manat) məhsul istehsalı sahələrinə, 32,8 faizi (4,863 milyard manat) xidmət sahələrinə, 16,6 faizi (2,467 milyard manat) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 77,5 faizi daxili investisiyalardan, eyni faizdə isə bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunub.

Fuad Mədətov
Finss.az