2025-ci ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 19,136 milyard kubmetr qaz ötürülüb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 304,9 milyon kubmetr və ya 1,6% artıb.
Hesabat dövründə ümumilikdə magistral qaz kəmərləri ilə 33,011 milyard kubmetr qaz nəql edilib ki, bu da 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən 0,5% artım deməkdir. Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə nəql olunan qazın payı 58% təşkil edib.
Fuad Mədətov
Finss.az
