BİZNES

20 Noyabr

Data, ERP və Süni İntellekt Zirvəsi -Azərbaycanda rəqəmsal transformasiyanın mərkəzində

Bu gün Gülüstan Sarayında keçirilən Data, ERP və Süni İntellekt Zirvəsi ölkəmizdə data analitika, ERP, süni intellekt və rəqəmsal transformasiya sahələrində fəaliyyət göstərən yüzlərlə mütəxəssisi bir araya gətirir.

Data, ERP və Süni İntellekt Zirvəsi bu il ilk dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan “Facemark” şirkəti, biznesinizi rahat və səmərəli idarə etmək üçün 15 illik təcrübəyə əsaslanan qabaqcıl ERP həlləri təqdim edən “Arter” şirkəti, texniki, rəqəmsal, biznes bacarıqları üzrə ixtisaslaşmış təlim və xidmət mərkəzi olan “Handex” şirkəti, fərdi və korporativ inkişaf üçün təlim və konsaltinq xidmətləri göstərən ixtisaslaşmış “Human Development Center” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilir.

Zirvə 3 paneldən ibarət olmaqla gün ərzində davam edir. “ERP-nin gələcəyi: Yeni trendlər”, “Qara qutular: AI və Data-nın içində nə var?” və “Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ?” panellərində 3 moderator və 17 spiker fikir mübadiləsi aparır.

Tədbirimiz LOGO şirkətinin baş sponsorluğu və “Insure.az” və “Başkent” Restoran və Şirniyyat Evinin sponsorluğu ilə həyata keçirilir.

Tədbir açılış mərasimindən sonra keynote çıxışlar, 3 böyük panel, musiqili proqram və şəbəkələşmə sessiyaları ilə davam edir.

Zirvə boyunca keynote spiker qismində Tural Nəbizadə (Parloa GmbH – Agentic Conversational AI üzrə məhsul meneceri) “AI First Mindset: Dəyişikliyin Qərb Çalarları və Orta Menecmentin Gücü”, Ömer Çolakoğlu (Microsoft Data Platform MVP) “Kendisi Yapay, Etkisi Gerçek” və İsmail Duran (Logo Group – CTO) “Azərbaycanda İşin Gələcəyi: Süni İntellektlə Gücləndirilən Yeni Nəsil Biznes Tətbiqləri” mövzuları ilə çıxış edir.

PANEL I – ERP-nin gələcəyi: Yeni trendlər
Format: Davos
Moderator: Kamran Ağayev – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Məlumat İdarəetmə Departamentinin direktoru
Spikerlər: Sami Öztürk, Valeh Nəbiyev, Vüqar Məsimov, Seymur Şabanlı

PANEL II – Qara qutular: AI və Data-nın içində nə var?
Format: Individual çıxışlar
Moderator: Rəşad Qurbanov – Handex şirkətinin təsisçisi
Spikerlər: Kamran Qasımov, Xəqani Səfərov, Rövşən Nadirov, Ümid Süleymanov

PANEL III – Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ
Format: Davos
Moderator: Anar Nəbi – Arter şirkətinin icraçı direktoru
Spikerlər: Vüsal Məsiyev, Sübhan Qaragözov, Fuad Məmmədov

Zirvə boyunca iştirakçıları dəyərli şəbəkələşmə imkanları, real biznes case-ləri əhatə edən interaktiv sessiyalar, dinamik musiqili proqram və xüsusi sürpriz hədiyyələr gözləyir.