Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə bu ilin yanvar-oktyabr aylarında 22,761 milyon ton neft nəql edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon ton və ya 5,9% azdır. 2024-cü ilin ilk 10 ayında BTC ilə 24,180 milyon ton neft daşınıb.
Nəql olunan neftin 81,5%-i Azərbaycanda hasil edilən neft, qalan 18,5%-i isə Türkmənistan və Qazaxıstandan daxil olan neftdir. Ümumilikdə, bu dövrdə magistral neft kəmərləri ilə 32,128 milyon ton neft daşınıb, onun 75,3%-i BTC kəməri vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, BTC kəmərinin ümumi uzunluğu 1 768 km, bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyə ərazisindən keçir. Kəmərin inşası 2003-cü ildə başlayıb, 2005-ci ilin mayında isə əməliyyatlara başlanılıb. Layihənin pay bölgüsü bp (30,1%), AzBTC (25%), MOL (8,9%), Equinor (8,71%), ТРАО (6,53%), Eni (5%), Total (5%), Itochu (3,4%), Inpex (2,5%), ExxonMobil (2,5%) və ONGC (2,36%) təşkil edir.
Fuad Mədətov
Finss.az
