2025-ci ilin yanvar–sentyabr ayları ərzində Azərbaycana 22 ölkədən 3,750 milyard ABŞ dolları dəyərində 38,477 min kiloqram qızıl idxal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,9 milyard ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 14,6 min kiloqram və ya 61,3% artıb.
Hesabat dövründə Azərbaycana qızıl idxal edən əsas ölkələr Rusiya, Böyük Britaniya və ABŞ olub. Eyni dövrdə ölkədə 2 349 kiloqram qızıl istehsal edilib, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 596,9 kiloqram və ya 34,1% çoxdur. Ötən ilin ilk doqquz ayında Azərbaycanda 1 752 kiloqram qızıl istehsal olunmuşdu.
2025-ci ilin oktyabr ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 142,2 kiloqram təşkil edib.
İdxal edilən qızılın ölkələr üzrə həcmi və dəyəri belə olub:
- Qazaxıstan – 2 556,83 kq, 262,173 min ABŞ dolları;
- Qırğızıstan – 417,36 kq, 44,618 min ABŞ dolları;
- Özbəkistan – 1 226,92 kq, 124,915 min ABŞ dolları;
- Rusiya – 6 783,68 kq, 656,761 min ABŞ dolları;
- ABŞ – 4 453,16 kq, 458,836 min ABŞ dolları;
- Avstraliya – 4 120,75 kq, 368,159 min ABŞ dolları;
- Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı – 4 860,9 kq, 481,268 min ABŞ dolları;
- Braziliya – 1 021,46 kq, 953,119 min ABŞ dolları;
- Cənubi Afrika Respublikası – 2 526,6 kq, 267,468 min ABŞ dolları;
- Çin – 1 186,22 kq, 109,543 min ABŞ dolları;
- Honkonq – 184,29 kq, 16,723 min ABŞ dolları;
- Filippin – 278,61 kq, 28,345 min ABŞ dolları;
- İsveçrə – 1 470,02 kq, 145,035 min ABŞ dolları;
- Kanada – 1 398,88 kq, 132,316 min ABŞ dolları;
- Meksika – 2 557,6 kq, 233,514 min ABŞ dolları;
- Türkiyə – 1 134,89 kq, 99,276 min ABŞ dolları;
- Yaponiya – 149,89 kq, 15,586 min ABŞ dolları;
- Zimbabve – 12,2 kq, 1,133 min ABŞ dolları;
- Almaniya – 1 062,49 kq, 95,859 min ABŞ dolları;
- İspaniya – 692,15 kq, 73,156 min ABŞ dolları;
- İsveç – 38,16 kq, 4,100 min ABŞ dolları;
- İtaliya – 296,48 kq, 31,249 min ABŞ dolları;
- Rumıniya – 48,12 kq, 4,961 min ABŞ dolları.
Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə yarımişlənmiş formalarda qızıl – çubuqlar, məftil və profillər, lövhələr, qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və lentlər nəzərdə tutulur.
Fuad Mədətov
Finss.az
