2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Gürcüstana 185 milyon ABŞ dolları dəyərində 1,727 milyard kubmetr təbii qaz ixrac edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 27,9 milyon dollar və ya 13,1%, həcminə görə isə 338,8 milyon kubmetr və ya 16,4% azalıb. Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycandan Gürcüstana 2,1 milyard kubmetr təbii qaz ixrac olunmuş və bu ixracın ümumi dəyəri 212,9 milyon ABŞ dolları təşkil etmişdi.
Cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 6,7 milyard ABŞ dolları dəyərində 18,5 milyard kubmetr təbii qaz ixrac edilib, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 623,3 milyon ABŞ dolları və ya 10,3% çox, həcm baxımından isə 203,2 milyon kubmetr və ya 1,1% azdır.
Eyni dövrdə Azərbaycana 39,1 milyon ABŞ dolları dəyərində 252,2 milyon kubmetr təbii qaz idxal olunub. Bu göstərici isə bir il əvvəlki dövr ilə müqayisədə dəyər ifadəsində 38,2 milyon dollar və ya 49,4%, həcm baxımından isə 230,6 milyon kubmetr və ya 47,8% azalma göstərir.
Fuad Mədətov
Finss.az
