2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,285 milyard manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% çox olub və əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.
Eyni dövrdə pərakəndə ticarət şəbəkəsində ümumilikdə 52,616 milyard manatlıq mal satılıb, ki, bunun 28,664 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 23,951 milyard manatı isə qeyri-ərzaq mallarına aiddir. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8% artıb; ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,3%, qeyri-ərzaq malları üzrə isə 6,7% təşkil edib.
Fuad Mədətov
Finss.az
