2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,160 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% çox olub. Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 6% təşkil edib.
Eyni dövrdə pərakəndə ticarət şəbəkəsində ümumilikdə 52,616 milyard manatlıq mal satılıb, ki, bunun 28,664 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 23,951 milyard manatı isə qeyri-ərzaq mallarına aiddir. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8% artıb; ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,3%, qeyri-ərzaq malları üzrə isə 6,7% təşkil edib.
Fuad Mədətov
Finss.az
