BİZNES

18 phrase_var_core.november

Azərbaycanda yanvar-oktyabr aylarında 424,9 min “Asan İmza” sertifikatı verilib

2025-ci ilin yanvar-oktyabr ayları ərzində ümumilikdə 275.862 müraciət üzrə 424.853 “Asan İmza” sertifikatı verilib.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, eyni dövrdə vergi ödəyicilərindən daxil olmuş 28,1 mindən çox yazılı müraciət cavablandırılıb və onlara 20,3 milyona yaxın məlumatlandırma xarakterli bildiriş göndərilib.

Bildirilib ki, hesabat dövründə:

  • 3.398 vergi ödəyicisinin iştirakı ilə 318 görüş keçirilib
  • 4.488 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib
  • Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə mobil nömrələrinə 3 milyon 549 minə yaxın SMS göndərilib

Fuad Mədətov
Finss.az