BİZNES

18 Noyabr

Azərbaycanda vergi ödəyicilərinə 786,8 min xidmət göstərilib

2025-ci ilin yanvar-oktyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 492.470 şəxs qəbul edilib və onlara 786.753 xidmət göstərilib.

Finss.az Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, bu xidmətlərin 276 mindən çoxu şifahi, 177 mindən çoxu isə elektron xidmətlər olub.

Bildirilib ki, dövr ərzində göstərilən xidmətlərin 89,6%-i aşağıdakı 9 əsas istiqaməti əhatə edib:

  1. Bəyannamələrin və cari vergi ödəmələrinin hesablanması barədə arayışların verilməsi
  2. Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması və bərpası
  3. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbzlərin verilməsi
  4. Asan İmza sertifikatlarının təqdim olunması
  5. Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi
  6. Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması
  7. Vergi ödəyicisinə arayışların verilməsi
  8. Fiziki şəxsin uçotdan çıxarılması
  9. Vergi ödəyicisinin təsərrüfat subyektinin uçota alınması və ya uçotdan çıxarılması

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 28,1 mindən çox yazılı müraciət cavablandırılıb və onlara 20,3 milyona yaxın məlumatlandırma xarakterli bildiriş göndərilib.

Eyni zamanda:

  • 3.398 vergi ödəyicisinin iştirakı ilə 318 görüş keçirilib
  • 4.488 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib
  • Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə mobil nömrələrinə 3 milyon 549 minə yaxın SMS göndərilib

Yanvar-oktyabr ayları ərzində ümumilikdə 275.862 müraciət üzrə 424.853 Asan İmza sertifikatı verilib.

Fuad Mədətov
Finss.az