2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə təqribən 345,7 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir təqribən 21,4 milyon ABŞ dolları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə, Türkiyəyə elektrik enerjisi ixracı:
- həcm baxımından 74,4 milyon kVt/saat və ya 17,7% azalıb,
- dəyər ifadəsində isə 5,3 milyon ABŞ dolları və ya 19,8% azalıb.
Dövr ərzində əks istiqamətdə elektrik enerjisi tədarükü qeydə alınmayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə 53,8 milyon ABŞ dolları dəyərində, 940,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin eyni dövrdə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 5,9 milyon ABŞ dolları dəyərində, 134,5 milyon kVt/saat elektrik enerjisi idxal olunub.
Fuad Mədətov
Finss.az
