2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər olub.
Hesabat dövründə ixrac olunan məhsullar arasında:
- şəkər həcmi ötən ilin müvafiq dövrünə nisbətən 49,6% artıb,
- meyvə-tərəvəz 30% artıb,
- kimya sənayesi məhsulları 22,8% artıb,
- pambıq iplik 8,8% artıb,
- alüminium və onlardan hazırlanan məmulatlar 3,8% artıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-oktyabr aylarında:
- aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları,
- aqrar-sənaye məhsulları üzrə ixrac 260 milyon ABŞ dolları təşkil edib.
Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1,03 milyard ABŞ dolları olub.
Fuad Mədətov
Finss.az
