2025-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası üzrə istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur.
Bu barədə Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, layihənin icrası müddətində istehlakçılara qaytarılan ümumi məbləğ 3,7 milyon manatdan artıq olub.
Bildirilib ki, yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə imkan yaradıb.
2025-ci ilin 10 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 409,8 milyon manatdan çox olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 24,3% çoxdur.
Fuad Mədətov
Finss.az
