AZCON Holding şirkətlərindən olan ASCO 2025-ci ilin yanvar–oktyabr aylarında tanker və universal quru yük gəmiləri ilə ümumilikdə 4 milyon 838 min 499 ton yük daşınıb.
Finss.az ASCO-nun məlumataına əsasən xəbər verir ki, daşımaların 3 milyon 714 min 677 tonu tanker gəmiləri, 1 milyon 123 min 822 tonu isə universal quru yük gəmiləri ilə həyata keçirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə maye yük daşımalarında 8,9%, quru yük daşımalarında isə 55,1% artım qeydə alınıb. Ümumilikdə, ASCO-nun maye və quru yük daşımalarının həcmi 17% artıb.
Fuad Mədətov
Finss.az
