BİZNES

14 Noyabr

Dövlət proqramları yeni startaplar üçün vacib fürsətlər yaradır - Fuad Heydərli

Startap ekosisteminin inkişafı və yeni layihələrin dəstəklənməsi sahəsində dövlət tərəfindən müxtəlif mexanizmlər fəaliyyət göstərir.

Bu barədə Finss.az-a danışan "Recepta" şirkətinin Baş direktoru Fuad Heydərli bildirib ki, bu təşəbbüslər yeni başlayan startaplar üçün vacib imkanlar yaradır.

O qeyd edib ki, hal-hazırda dövlət tərəfindən startaplara geniş dəstək göstərilir:

"KOBİA tərəfindən təqdim olunan Startup Şəhadətnaməsi, İDDA tərəfindən həyata keçirilən Akselerasiya və İnkubasiya proqramları, həmçinin Texnopark rezidentliyi yeni başlayan startaplar üçün əhəmiyyətli imkanlar və dəstək təmin edir.”

Məlumata üçün bildirək ki, bu dəstək mexanizmləri startapların bazara çıxışını sürətləndirir, investor cəlb etmə imkanlarını artırır və innovativ ideyaların reallaşmasına şərait yaradır. Eyni zamanda, Akselerasiya və İnkubasiya proqramları startapların idarəetmə, marketinq və maliyyə bacarıqlarının inkişafına kömək edir, Texnopark rezidentliyi isə fiziki infrastrukturu və texnoloji imkanları təmin etməklə yeni layihələrin dayanıqlığını gücləndirir.

Fuad Mədətov
Finss.az