BİZNES

13 Noyabr

Azərbaycana nəqliyyat vasitələri idxalı 28,3% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2,169 milyard ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, nəqliyyat vasitələri idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3% və ya 478,8 milyon ABŞ dolları artıb. 2024-cü ilin ilk 9 ayında ölkəyə 1,690 milyard ABŞ dolları dəyərində nəqliyyat vasitələri və hissələri idxal edilib.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb, bu da illik müqayisədə 2,5% artım deməkdir. Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 6,3% azalarkən, idxal 14,5% artıb.

Nəticədə, xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb, bu da illik müqayisədə 2,8 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az