BİZNES

13 Noyabr

28 il ərzində “Çıraq” platformasının nəticələri: Neft və qaz həcmi açıqlanıb

“Çıraq” platformasından istismara verildiyi gündən bu ilin noyabrın 1‑dək 106,8 milyon ton neft24,7 milyard kubmetr qaz hasil edilib.

Finss.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, 2025-ci il ərzində platformada gündəlik orta hasilat təxminən 21 min barrel təşkil edib.

Qeyd olunur ki, “Çıraq” Azəri-Çıraq-Dərin Sulu Günəşli (AÇG) yatağından ilk neft hasil edən platformadır və bu il platformanın ilk neft hasilatına başlanmasından 28 il ötür.

Fuad Mədətov
Finss.az