BİZNES

12 Noyabr

Ölkəmizdə ilk dəfə keçiriləcək “Data, ERP və Süni İntellekt Zirvəsi”nə son 10 gün!

20 noyabr 2025-ci il tarixində Gülüstan Sarayında ölkəmizdə ilk dəfə “Data, ERP və Süni İntellekt Zirvəsi” baş tutacaq.

Finss.az xəbər verir ki, Zirvə, Azərbaycanın rəqəmsal transformasiya prosesində yeni trendləri, innovativ həlləri və əməkdaşlıq imkanlarını bir araya gətirəcək. Tədbir süni intellekt, data analitikası və ERP sistemlərinin biznes və idarəetmədə necə real fərq yaratdığını göstərməyi hədəfləyir.

Zirvə “Arter”, “Facemark”, “Handex”“Human Development Center” şirkətlərinin birgə təşkilatçılığı, “LOGO” şirkətinin baş sponsorluğu, “Başkent” Restoran və Şirniyyat Evinin, eləcə də “Insure.az” şirkətinin sponsorluğu ilə həyata keçirilir.

“Data ilə Gələcək” konsepti ilə keçirilən zirvə, Azərbaycanın qlobal texnologiya bazarında rəqabət qabiliyyətini artırmaqla yanaşı, innovasiya ekosistemində yeni imkanların yaradılmasına da töhfə verəcək. Zirvə həm dövlət, həm də özəl sektorun təmsilçilərini bir araya gətirərək, bu sahədə təcrübə və ideya mübadiləsi üçün geniş imkan yaradacaq.

Tədbir çərçivəsində iştirakçılara həm mütəxəssislərlə birbaşa şəbəkələşmə, həm də data, ERP və süni intellekt sahəsində ən son təcrübələri öyrənmə imkanı yaradılacaq. Panel müzakirələri ilə yanaşı, iştirakçılar həmçinin şirkətlərin təqdimat guşələrində innovativ məhsul və xidmətlərlə tanış ola biləcəklər.

Zirvə boyunca üç əsas panel müzakirəsi keçiriləcək:

  • “Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ” – süni zəkanın ölkəmizdəki inkişaf mərhələləri və tətbiq sahələri
  • “Qara qutular: AI və Data-nın içində nə var?” – data təhlükəsizliyi və etik məsələlər
  • “ERP-nin gələcəyi: Yeni trendlər” – biznes idarəetmə sistemlərinin inkişaf istiqamətləri və rəqəmsal inteqrasiya imkanları

Zirvədə dövlət və özəl sektor nümayəndələri, yerli və beynəlxalq ekspertlər, İT və biznes sahəsinin liderləri bir araya gələrək təcrübə mübadiləsi aparacaq və yeni əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

“Data, ERP və Süni İntellekt Zirvəsi”nə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.

Instagram: //www.instagram.com/aidesummit/?igsh=emJpZnY4Z2Q4M2o2#
Facebook: //www.facebook.com/profile.php?id=61580852390665
LinkedIn: //www.linkedin.com/company/aide-summi