Azərbaycanın şelf zonasında yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunda 1997-ci ilin noyabrında kommersiya hasilatına başlanıldıqdan 2025-ci ilin üçüncü rübünə qədər ümumilikdə 4,5 milyard barel neft çıxarılıb.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, həmin dövrdə AÇG-dən dövlətə 60 milyard kubmetr səmt qazı tədarük olunub.
2025-ci ilin ilk üç rübündə yataqda orta gündəlik neft hasilatı təxminən 327 min barel olub ki, bu, 2024-cü ilin müvafiq dövründəki 339 min barel göstəricisi ilə müqayisədə azalma deməkdir.
AÇG layihəsinin operatoru “BP Exploration (Caspian Sea) Limited” şirkətidir.
İştirak payları:
- bp – 30,37%
- SOCAR – 31,65%
- MOL – 9,57%
- INPEX – 9,31%
- ExxonMobil – 6,79%
- TPAO – 5,73%
- ITOCHU – 3,65%
- ONGC Videsh – 2,92%
Fuad Mədətov
Finss.az
