2006-cı ildə kommersiya hasilatına başlanıldıqdan 2025-ci ilin üçüncü rübünün sonuna qədər Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ümumilikdə 257 milyard kubmetr qaz və 52 milyon ton kondensat çıxarılıb.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, bu ilin ilk doqquz ayında “Shah Deniz Alpha” və “Shah Deniz Bravo” platformalarından təqribən 21 milyard standart kubmetr qaz və 3 milyon ton (təxminən 24 milyon barel) kondensat hasil edilib.
Hazırda yataqdakı mövcud qurğuların hasilat gücü gündəlik təxminən 75,7 milyon, illik isə təqribən 27,6 milyard standart kubmetr qaz səviyyəsindədir.
Şahdəniz layihəsində iştirak payları:
- bp (operator) – 29,99%
- LUKOYL – 19,99%
- TPAO – 19,00%
- Cənub Qaz Dəhlizi – 16,02%
- NİKO – 10,00%
- MVM – 5,00%
Fuad Mədətov
Finss.az
