2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın “Şahdəniz” yatağından – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından – təqribən 21 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barrel) kondensat hasil olunub.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövründə yataqda 20 milyard kubmetr qaz və 3 milyon tondan çox kondensat çıxarılmışdı.
Üçüncü rüb ərzində qazın çatdırılması Azərbaycan (SOCAR), Gürcüstan (GOGC), Türkiyə (BOTAŞ), BTC layihəsi və Avropadakı alıcılara davam edib.
Hazırda mövcud Şahdəniz qurğularının hasilat gücü gündə təxminən 75,7 milyon, ildə isə təqribən 27,6 milyard standart kubmetr səviyyəsindədir.
Şahdəniz yatağındakı iştirak payları:
- bp (operator) – 29,99%
- LUKOYL – 19,99%
- TPAO – 19,00%
- Cənub Qaz Dəhlizi – 16,02%
- NİKO – 10,00%
- MVM – 5,00%
Fuad Mədətov
Finss.az
