Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 80,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39 milyon ABŞ dolları və ya təxminən 2 dəfə çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan BƏƏ-yə 41,3 milyon dollar dəyərində qeyri-neft məhsulları göndərmişdi.
2025-ci ilin yanvar-sentyabr ayları üzrə Azərbaycan qeyri-neft məhsullarının əsas ixrac istiqamətləri belə olub:
- Rusiya — 33,2%
- Türkiyə — 16,5%
- İsveçrə — 9,4%
- Gürcüstan — 9,2%
- Ukrayna — 5,6%
- BƏƏ — 3%
- Qazaxıstan — 2,7%
- Belarus — 2,1%
- Özbəkistan — 2%
- Türkmənistan — 1,9%
- Digər ölkələr — 14,6%
Ümumilikdə, bu ilin ilk doqquz ayında Azərbaycan qeyri-neft sektoru üzrə 2,649 milyard dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5% artım deməkdir.
Fuad Mədətov
Finss.az
