Finss.az - Devid Bekhemə Kral III Çarlz tərəfindən cəngavərlik titulu verildi
Finss.az xəbər verir ki, Böyük Britaniyanın Kralı III Çarlz çərşənbə axşamı günü keçmiş İngiltərə futbolçusu Devid Bekhemə cəngavərlik titulu təqdim edib. Bununla da məşhur futbolçu artıq “Ser Devid Bekhem”, həyat yoldaşı isə “Leydi Viktoriya Bekhem” kimi tanınacaq.
Əvvəllər 50 yaşlı Bekhemin, Kralın 14 noyabrda qeyd ediləcək ad günü ilə əlaqədar mükafat siyahısına daxil edildiyi bildirilmişdi. Kral III Çarlzın bu qərarı, Bekhemin xeyriyyə işlərinə verdiyi töhfələrə və ictimai fəaliyyətinə verilən qiymət kimi dəyərləndirilir. Həmçinin Bekhem ilə Kral arasında dostluq münasibətləri olduğu qeyd edilir.
Devid Bekhem karyerası ərzində “Mançester Yunayted” ilə çoxsaylı titullar qazanıb, daha sonra “Real Madrid” (İspaniya), “Los Angeles Galaxy” (ABŞ) və “Paris Saint-Germain” (Fransa) klublarında da çıxış edib. O, İngiltərə milli komandasında 115 oyun keçirərək ölkə futbol tarixinə adını yazdırıb.
