Finss.az - Çərşənbə axşamı səhər neft qiymətləri əvvəlki sessiyada düşüşdən sonra sabit qalıb.
London ICE Futures Birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçersləri Moskva vaxtı ilə saat 8:22-yə olan məlumata görə, əvvəlki bağlanışdan 0,02 dollar (0,03%) artaraq bir barel üçün 64,46 dollar təşkil edib. Çərşənbə axşamı bu müqavilələr əvvəlki gün 0,45 dollar (0,7%) azalaraq 64,44 dollar olmuşdu.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində dekabr ayı üçün WTI xam neft fyuçersləri isə 0,01 dollar (0,02%) artaraq 60,57 dollar olub. Əvvəlki gün bu müqavilələr 0,49 dollar (0,8%) azalaraq 60,56 dollar təşkil etmişdi.
İnvestorlar qeyri-rəsmi neft ehtiyatları məlumatlarının açıqlanmasından sonra bazarda tələb və təklif balansını qiymətləndirirlər.
