Bu ilin yanvar–sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi 47,1 milyon ABŞ dolları məbləğində ixrac gəliri əldə edib.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə Qaz İxrac İdarəsi ixracdan gəlir əldə edib.
Qeyd edək ki, qeyri-neft ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilk sırada yer alır.
Siyahıda həmçinin bu şirkətlər yer alıb:
- SOCAR Polymer MMC
 - AzerGold QSC
 - AzerAluminium MMC
 - SOCAR Qaz İxrac İdarəsi
 - Azərpambıq Aqrar Sənaye Kompleksi MMC
 - SOCAR-DALĞIC MMC
 - Azərbaycan Dəmir Yolları QSC
 - İstisu Mineral Su Zavodu MMC
 - Naxçıvan Muxtar Respublikasının Energetika Xidməti
 
Fuad Mədətov
Finss.az
