Finss.az xəbər verir ki, oktyabr ayında bir sıra istehlak mallarının qiymət artımı sentyabr ayı ilə müqayisədə yavaşlayıb.
Məlumata əsasən, qida və alkoqolsuz içkilərin qiymətində artım əvvəlki ayın 36,06%-dən 34,87%-ə, geyim və ayaqqabıların qiymətində artım isə 9,8%-dən 7,98%-ə enib.
Həmçinin mebel və məişət texnikası kateqoriyasında da artım tempi 29,32%-dən 28,9%-ə düşüb.
Bununla yanaşı, səhiyyə, telekommunikasiya və təhsil xidmətlərində, eləcə də otel və restoran sektorlarında qiymət artımı da zəifləyib.
Əksinə, nəqliyyat xidmətləri ilə alkoqol və tütün məhsulları üzrə qiymət artımının sürətləndiyi müşahidə olunub.
Ümumilikdə, istehlak qiymətləri indeksi oktyabr ayında aylıq müqayisədə 2,55%, sentyabr ayında isə 3,23% təşkil edib.
Bu göstəricilər inflyasiya təzyiqlərinin nisbətən azalmasına işarə edir.
