BİZNES

03 Noyabr

Azərbaycanın meşə fındığı ixracı 39,5% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 99,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında yer alan məlumata əsasən xəbər verir ki, hesabat dövründə meşə fındığı ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 milyon ABŞ dolları və ya 39,5% çox olub.

Təkcə sentyabr ayında isə ölkədən 12,1 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib ki, bu da illik müqayisədə 9% azalma deməkdir.

Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7,7% artaraq 2,6 milyard ABŞ dollarına çatıb.

Fuad Mədətov
Finss.az