Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 878,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında yer alan məlumata əsasən xəbər verir ki, hesabata əsasən, ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 milyon dollar və ya 4,2% artıb.
Təkcə sentyabr ayında isə Rusiyaya 64,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 29,3% azalma deməkdir.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,6 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% artım təşkil edir.
Fuad Mədətov
Finss.az
