BİZNES

03 Noyabr

Moskva Birjasında ticarət aktivliyi yüksəlib

Finss.az xəbər verir ki, Moskva Birjasının mətbuat açıqlamasına əsasən, 2025-ci ilin oktyabr ayında birjanın bütün bazarlarında ümumi ticarət həcmi 23,1% artaraq ötən ilin göstəricisini üstələyib. Belə ki, 2024-cü ilin oktyabrında 140,2 trilyon rubl olan ticarət həcmi bu il 172,6 trilyon rubla yüksəlib.

2025-ci ilin sentyabr ayı ilə müqayisədə də artım müşahidə olunub – həmin dövrdə ticarət həcmi 162,7 trilyon rubldan 6,1% artaraq 172,6 trilyon rubla çatıb.

Bununla da, Moskva Birjası yeni aylıq rekord müəyyən edib, çünki bu göstərici birjanın tarixində qeydə alınmış ən yüksək aylıq ticarət həcmi kimi qiymətləndirilir.

Ümumilikdə, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Moskva Birjasında ticarət həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% artaraq 1,401 kvadrilyon (trilyon) rubl təşkil edib.

Ekspertlərin fikrincə, ticarət həcminin artımı kapital bazarlarına marağın yüksəlməsi, rubl likvidliyinin artmasımaliyyə alətlərinə tələbin genişlənməsi ilə əlaqələndirilir.