Finss.az xəbər verir ki, Amerika texnologiya nəhəngi və süni intellekt çip istehsalçısı Nvidia Corp. tezliklə bazar kapitallaşması 5 trilyon dolları aşan dünyanın ilk şirkəti ola bilər.
Çərşənbə günü Nyu-York birjasında bazar öncəsi ticarət zamanı Nvidia-nın səhm qiyməti 3,5% artaraq 208,05 dollara yüksəlib. Bu göstəriciyə əsasən, şirkətin bazar dəyəri 5,05 trilyon dollara çatıb.
Nvidia-nın rekord yüksəlişi süni intellekt (AI) prosessorlarına olan qlobal tələbatın artması və şirkətin AI infrastrukturu sahəsində lider mövqeyi ilə əlaqələndirilir. Ekspertlərin fikrincə, texnoloji sektorun bu templə davam etməsi Nvidia-nı dünyanın ən dəyərli şirkəti statusuna daha da yaxınlaşdırır.

