BİZNES

31 Oktyabr

Azərbaycan-Türkmənistan tranzit daşımalarında əhəmiyyətli artım müşahidə olunub

Son illər Azərbaycan və Türkmənistan arasında tranzit yükdaşımaları əhəmiyyətli dərəcədə artıb.

Finss.az xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlovun məqaləsi Türkmənistanın Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunan “Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalında dərc edilib.

Q.Gözəlov bildirib ki, son yeddi ildə ticarət dövriyyəsi üç dəfə artaraq 2024-cü ildə 383 milyon dollara çatıb.

2025-ci ilin ilk yeddi ayında tranzit daşımalarının həcmi 1,28 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Daşımaların təxminən 76%-i Şərq-Qərb marşrutu üzrə dəmir yolu vasitəsilə həyata keçirilib.

G.Gözəlov qeyd edib ki, enerji sektorundakı ixrac potensialı Azərbaycanın inkişaf etmiş logistika şəbəkəsi ilə tamamlanır və qarşılıqlı fayda yaradır. Həmçinin diplomat 2025-ci ilin iyulunda Bakıda keçirilmiş Azərbaycan-Türkmənistan Hökumətlərarası Birgə Komissiyasının 8-ci iclasını xatırladaraq, tərəflərin enerji, ticarət, nəqliyyat və logistika sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldiyini bildirib.

Fuad Mədətov
Finss.az