Finss.az xəbər verir ki, Çin mediasının məlumatına görə, ABŞ prezidenti Donald Tramp ilə aparılan danışıqlardan sonra Çin prezidenti Si Cinpin iki ölkə arasında ticarət məsələlərinin həlli üzrə konsensusa gəldiyini açıqlayıb.
Si Cinpin bildirib ki, Çin və ABŞ-ın iqtisadi və ticarət nümayəndə heyətləri arasında aparılan danışıqlar konstruktiv və səmərəli şəkildə keçib. O vurğulayıb ki, tərəflər bir sıra məsələlərdə ortaq anlaşmaya nail olub və bu, iki ölkə arasında ticarət əlaqələrinin sabitləşməsi baxımından mühüm addımdır.
Mənbələrin qeyd etdiyinə görə, danışıqlarda tarif siyasəti, ixrac və idxal balansı, eləcə də qlobal bazarlarda əməkdaşlıq imkanları kimi mövzular müzakirə edilib.
