BİZNES

30 Oktyabr

SOCAR-ın “STAR” neft emalı zavodu avqustda xam neft idxalını və istehsalı artırıb

2025-ci ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən “STAR” neft emalı zavodu xam neft idxalını və neft məhsulları istehsalını əhəmiyyətli dərəcədə artırıb.

Finss.az Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatına əsasən xəbər verir ki, avqustda zavod təxminən 911,3 min ton xam neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,2% çoxdur.

İstehsalda isə məhsul kateqoriyalarının əksəriyyətində artım müşahidə olunub:

  • Dizel yanacağı: 522,4 min ton (+55,3%)
  • Aviasiya kerosini: 173,2 min ton (+39,6%)
  • Nafta: 133,3 min ton (+53,3%)
  • Mayeləşdirilmiş neft qazı (LPG): 24,9 min ton (+121,6%)
  • Koks: 67,4 min ton (+42,1%)

Bundan əlavə, zavod 7,265 min ton vakuum qazoylu10,2 min ton yüksək kükürdlü dizel yanacağı istehsal edib.

Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən “STAR” zavodu illik 13 milyon ton xam neft emalı gücünə malikdir və Türkiyənin ən iri investisiya layihələrindən biri hesab olunur. Zavod dizel yanacağı, nafta və aviasiya kerosini də daxil olmaqla geniş çeşiddə məhsul istehsal edir və “Petkim” neft-kimya kompleksinin xammala olan tələbatını əsasən təmin edir.

Fuad Mədətov
Finss.az